27 fevral 2020-ci il tarixdə Riyaziyyat və informatika kafedrasının müəllimləri Şamil Hümbətovun "Web mədənçiliyi, Mətn mədənçiliyi" və Rəhimə Sadiqovanın "Teoremlərin növləri və onların qarşılıqlı əlaqəsi" mövzularında Elmi Nəzəri Seminar mövzularının müzakirəsi keçirilmişdir. Seminarda "Naxçıvan" Universitetinin tədris və tərbiyə işləri üzrə prorektoru iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu, Magistratura və dissertantura şöbəsinin müdiri dosent Əli Həşimov, Pedaqoji fakültənin rəhbərliyi və Kafedranın müəllimləri iştirak etmişlər. İlk olaraq kafedra müdiri Səfa Əliyev çıxış edib. Daha sonra isə müəllimlərin öz seminar mövuzları haqqında çıxışları dinlənilib. Sonda isə kafedra müəllimləri tərəfindən verilən bəzi suallar cavablandırılmışdır.
Bizimlə əlaqə:
Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi