“Naxçıvan” Universitetində İqtisadiyyat və İdarəetmə fakültələrinin əyani şöbəsinin “İqtisadiyyat”, “Turizm və otelçilik”, “Mühasibat uçotu və audit”, “Beynəlxalq münasibətlər” və “Maliyyə” ixtisasları üzrə IV kurs tələbələrinin 2019-2020-ci tədris ilinin payız semestrində keçəcəkləri istehsalat təcrübəsinə həsr olunmuş başlanğıc konfransı keçirilib. Konfransı giriş sözü ilə universitetin prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu açaraq istehsalat təcrübəsinin əhəmiyyətindən və təcrübə qaydalarından danışaraq onlara uğurlar arzulayıb. Bildirilib ki, ali məktəb tələbələrinin tədris prosesinin vacib istiqamətlərindən biri istehsalat təcrübəsidir.
Konfransda İdarəetmə fakültəsinin dekanı Naim Cahidzadə “Mühasibat uçotu və audit”, “Maliyyə”, “Beynəlxalq münasibətlər” ixtisaslarında istehsalat təcrübəsinin keçirilməsinə dair, İqtisadiyyat fakültəsinin dekan müavini Vaqif Hüseynov “İqtisadiyyat” və “Turizm və otelçilik” ixtisaslarında istehsalat təcrübəsinin keçirilməsinə dair çıxışları dinlənilib.
Qeyd olunub ki, 93 tələbə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində, Naxçıvan Muxtar Respublikası Turizm Departamentində, Mərkəzi Bankda, Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində 7 həftəlik təcrübə keçəcəklər.
Sonda çıxış edən Tədris hissə müdiri Anar Abuzərli istehsalat təcrübəsinin keçirilmə qaydaları və müddəti haqqında məlumat verib.