Müasir dövrdə yaşıllıqların artırılması yönündə atılan hər bir addım bizə sağlam mühitdə yaşamağa və təbiətin saysız-hesabsız nemətlərindən hərtərəfli istifadə etməyə şərait yaradır.
Naxçıvan Muxtar Respublikasında həyata keçirilən kompleks quruculuq tədbirlərinin mühüm istiqamətlərindən biri də regionda ekoloji problemlərin həllinin, ətraf mühitin qorunmasının, təbiətin zənginləşdirilməsinin diqqət mərkəzində saxlanılmasıdır.
Son illərdə diyarımızda yaşıllıq sahələrinin həcminin dəfələrlə artması, yurdumuzun yaşıllıqlar məskəninə çevrilməsi məhz belə tədbirlərin nəticəsidir.
Bu tədbirlərin davamı olaraq “Naxçıvan” Universitetinin bir qrup müəllim və tələbəsi universitet üçün ayrılmış yaşıllıq sahəsində müxtəlif meyvə tingləri əkiblər.
Əkilən meyvə tinglərinin içərisində məşhur meyvə növlərindən olan Şahbuz heyvası, Dağ armudu, Naxçıvan göyçəsi və başqa meyvə ağacları vardır.