12 iyun 2019-cu il tarixdə “Naxçıvan” Universitetinin “Azərbaycan dili və ədəbiyyat” kafedrasında magistr dissertasiyasının müdafiəsi keçirildi.
Magistr dissertasiyalarının müdafiəsi uğurlu nəticələndi. Müdafiədə “Naxçıvan” Universitetinin rektoru, professor İ.İ.Əliyev, komissiyanın ümumi sədri, professor S.Q.Həsənova, Pedaqoji fakültə dekanı, dosent N.S.Əliyeva, “Azərbaycan dili və ədəbiyyat” kafedrasının müdiri, dosent N.M.Məmmədova, “Azərbaycan dili və ədəbiyyat” kafedrasının baş laborantı G.A.Səfərova iştirak edirdilər. Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası üzrə ixtisaslaşan magistr tələbələrimizdən professor S.Q.Həsənovanın elmi rəhbərliyi ilə Əli Cumalı oğlu Əliyevin “Azərbaycan qrammatikasının aktual problemləri” və dosent N.M.Məmmədovanın elmi rəhbərliyi ilə Aysən Asəf qızı Qurbanovanın “Azərbaycan ədəbiyyatında maarifçilik hərəkatının inkişafında Cəlil Məmmədquluzadənin xidmətləri” adlı magistr dissertasiyaları müzakirə olundu. Müzakirələr qənatbəxş hesab olundu.