Yeni növ koronovirus (COVID-19) pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin dayandırılmasına baxmayaraq, ali təhsil ocaqlarının dayanıqlı fəaliyyətinin təmin edilməsi məqsədi ilə birgə səylər elektron qaydada davam etdirilir.
Bakı Biznes Universiteti Avropa Komissiyası tərəfindən maliyyələşdirilən koordinatoru olduğu “Azərbaycan Universitetlərində keyfiyyət təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi EQAS” adlı Erasmus+ layihəsinin növbəti onlayn iclası keçirilib.
Onlayn görüşdə layihə tərəfdaşlarından Azərbaycan üzrə 11 universitetin nümayəndəsi və İsveç Kral Texnologiya İnstitutu, İngiltərənin Middlesex Universiteti, İspaniyanın Alikante Universitetinin ekspertlərinin iştirakı ilə layihə çərçivəsində pilot proqrama dair hesabatın hazırlanması, layihənin plana uyğun olaraq gerçəkləşdirilməsi, gələcək fəaliyyətlər və gündəlik məsələlər müzakirə edilmişdir.
Qeyd edək ki, görüşdə “Naxçıvan” Universitetini Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəcəb Cəfərli təmsil edib.