Bakı Biznes Universitetinin koordinatorluğu ilə Avropa Komissiyası tərəfindən maliyələşdirilən “Azərbaycan Universitetlərində Keyfiyyətə Təminat Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” Erasmus+ layihəsinin növbəti təlimi Bakı Biznes Universitetində təşkil olunub. Təlimdə partnyor universitet kimi “Naxçıvan” Universitetinin də bir qrup əməkdaşı iştirak edib.
Təlimi giriş sözü ilə Bakı Biznes Universitetinin rektoru professor İbad Abbasov açaraq qonaqları salamlamış və tədbirin gedişinə uğurlar arzulayıb.
“Naxçıvan” Universitetini bu təlimdə Beynəlxalq Əlaqələr şöbəsinin müdiri, layihə meneceri Rəcəb Cəfərli, Tədris şöbəsinin müdiri Anar Abuzərli, Mühasibatlıq şöbəsinin müdiri Xəyal Heydərov, Xarici dillər kafedrasının müdiri Anara Nəsirli, Xarici dillər kafedrasının baş müəllimi Könül Babayeva təmsil ediblər. Daha sonra layihənin icrası istiqamətində geniş müzakirələr aparılmış, təlimdə Beynəlxalq Əlaqlər şöbəsinin müdiri Rəcəb Cəfərlinin hesabatı dinlənilib. Qeyd edək ki, təlim iki gün davam edib.