“Naxçıvan” Universitetinin “Riyaziyyat və İnformatika” kafedrasının “Məlumat Mədənçiliyi” (Data Mining) mövzusuna həsr olunmuş növbəti elmi seminarı keçirilib.
Tədbiri giriş sözü ilə açan kafedranın müəllimi Şamil Hümbətov “Məlumat Mədənçiliyi” (Data Mining) texnologiyalarının qərarların qəbuluna dəstək məqsədilə müxtəlif tipli verilənlərin intellektual analizi, verilənlərdə gizli, mürəkkəb, praktik faydalı biliklərin əldə edilməsi metodlarını özündə ehtiva etdiyini deyib.
“Məlumat Mədənçiliyi” (Data Mining) haqqında məlumat verən Şamil Hümbətov onun əvvəllər verilənlər bazasından biliyin kəşf olunması (KDD - knowledge discovery in database) kimi adlandırıldığını, termin kimi isə 1989-cu ildə işlədildiyini diqqətə çatdırıb.
Vurğulanıb ki, data mining-in multidissiplinar sahə olduğunu vurğulayan məruzəçi onun statistika, süni intellekt, maşın təlimi və s. özündə ehtiva etdiyini deyib.
Bildirib ki, “Məlumat Mədənçiliyi” (Data Mining) metodları ilə məsələlərin həlli mərhələlərinin analiz məsələsinin qoyuluşundan, verilənlərin toplanması və hazırlanmasından, modelin seçilməsi və təlimindən, alqoritmin seçilməsindən, aşkarlanmış qanunauyğunluqların analizindən ibarətdir.
Sonda məruzəyə dair fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.