“Naxçıvan” Universitetinin “Kimya Biologiya Klubunun” təşkilatçılığı ilə “Genetik Modifikasiya Olunmuş məhsullar” mövzusunda elmi-praktik seminar keçirilib.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva tədbirin keçirilməsinin əhəmiyyətindən danışıb.
Bildirilib ki, GMO mənşəli məhsulların məhsuldar və iqtisadi baxımdan sərfəli olmasına baxmayaraq, onların insan sağlamlığına və ekosistemə xeyiri və ya vura biləcəkləri potensial ziyanı elmi tədqiqat müəssisələri tərəfindən hələ də tədqiq edildiyindən, bu cür məhsulların təhlükəsizlik aspektləri sual altındadır. Genetik seleksiya yolu ilə seçilmiş bitki və heyvanlardan, yəni heç birgen mühəndisliyinin və biotexnoloji metodların manupuliyasiyasına uğramamış orqanizmlərdən hazırlanmış qidaların isə tam təhlükəsiz olması insan sağlamlığı baxımından önəmli yer tutur.
Daha sonra universitetin Pedaqoji fakültəsinin Kimya və biologiya müəllimliyi ixtisası üzrə təhsil alan III kurs tələbələri Züleyxa Ələsgərova və Surə Bağırovanın çıxışları dinlənilib.