“Naxçıvan” Universitetində yeni yaradılmış Miniatür Tələbə Teatr Studiyasının təşkilatçılığı ilə “Ayrılarmı könül candan” ədəbi-bədii kompozisiyası nümayiş olunub.
Kompozisiyasının nümayişi zamanı Məmməd Arazın, Məhəmmədhüseyn Şəhriyarın və digər ədiblərin şeirləri bədii qiraət edilib. Səhnələrdə şanlı Azərbaycan tarixinin keçdiyi yol və milli rəqslər nümayiş olunub.
Kompozisiyanın nümayiş olunmasında əsas məqsəd qədim Azərbaycan tarixində baş vermiş hadisələri səhnələşdirməklə tarixi keçmişimizin dünəninə, bu gününə nəzər salmaqdır. Kompezisiyada nümayiş olunan səhnələr içərisində daha çox tamaşaçıların diqqətini Ulu öndər Heydər Əliyevlə bağlı səhnə çəkmişdir.
Nümayişin sonunda çıxış edən universitetin təlim və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu ədəbi-bədii konpezisiyanın səhnələşdirilməsində zəhməti olan hər kəsə təşəkkür etmiş və yeni yaradılmış Miniatür Tələbə Teatr Studiyasına uğurlar azulamışdır.
Qeyd edək ki, ədəbi-bədii kompozisiyasının ssenari rəhbəri və quruluşçu rejissoru Zakir Fətəliyevdir.