“Naxçıvan” Universitetində 2018-ci ilin yekunları və qarşıda duran vəzifələrə dair yığıncaq keçirilmişdir. Yığıncağı giriş sözü ilə universitetin rektoru, professor İsmayıl Əliyev açaraq bildirmişdir ki, Naxçıvanda fəaliyyət göstərən bütün müəssisələr kimi “Naxçıvan” Universiteti də 2018-ci ildə öz işini muxtar respublika rəhbərliyinin müəyyən etdiyi dövlətçilik və sosialyönümlü prinsiplər əsasında qurmuş və hesabat ilində bir sıra müvəffəqiyyətlərə nail olunmuşdur. 2018-ci ildə universitetdə 4 fakültə, 10 kafedra, 6 şöbə, 4 mərkəz fəaliyyət göstərmişdir. Hesabat ilində “Naxçıvan” Universitetində bakalaviriat səviyyəsində 15 ixtisas üzrə 1034 nəfər tələbə təhsil almışdır. Məlumat üçün qeyd edək ki, 2018-2019-cu tədris ilində universitetə tələbə qəbulu ötən illə müqayisədə 30 faiz artmışdır. Rektor onu da vurğulamışdır ki,ali təhsil ocağında kadr hazırlığı ilə 88 nəfər professor müəllim heyəti məşğul olur ki, onlardan 3 nəfəri elmlər doktoru,professor,20 nəfəri isə fəlsəfə doktoru, dosent, 65 nəfəri isə baş müəllim və ixtisaslı müəllimlərdir. O da diqqətə çatdırılmışdır ki, 2015-ci ildən etibarən “Naxçıvan” Universitetinin Elmi əsərlər” jurnalı nəşr olunmaqdadır.Həmçinin onu da qeyd edək ki, “Elmi əsərlər” jurnalı Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komisssiyasının qərarı ilə “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyyə edilən dövrü elmi nəşrlərin siyahısı”na daxil edilmiş, beynəlxalq kod almışdır.
2018-ci ildə digər sahələrdə olduğu kimi beynəlxalq əlaqələr sahəsi üçün də uğurlu olmuşdur. Cari ildə bu şöbə beynəlxalq təlim və proqramlarda,müxtəlif sərgilərdə iştirak etmiş, istər universitetin tanıtımı, istərsə də ikitərəfli əlaqələrin qurulması və inkişafı baxımından mühüm işlər görülmüşdür. Belə ki, hesabat ilində “Naxçıvan” Universiteti Pakistanın Superior Universiteti, Banqladeşin Daffodil Beynəlxalq Universiteti və Karaçinin ”Karaçi” Xarici Əlaqələr Şurası, İqra Universiteti və Qazaxıstanın Əhməd Yasəvi Universiteti ilə müqavilə imzalayaraq yeni əməkdaşlıq əlaqələri qurmuşdur. Mövcud müqavilələrə uyğun olaraq Qazaxıstan Respublikasının Əhməd Yasəvi Universitetinin müəllimi Aktolkin Abubəkirova 2018-2019-cu tədris ilinin birinci yarısında bir ay müddətində “Turizm və otelçilik” ixtisasında iki fəndən məşğələ aparmışdır. Bundan başqa, ötən ilin fevral ayında universitet Avrasiya Universitetlər Birliyinin təşkilatçılığı ilə İstanbulda keçirilən təhsil sammitində , oktyabr ayında isə “Akare” təhsil sərgisində iştirak etmişdir.
Bizimlə əlaqə:
Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi