19 fevral 2020-ci il tarixdə “Naxçıvan” Universitetində təhsil alan əcnəbi tələbələrin “Welcome to Nakhchivan” adı altında Şərur rayonunda yerləşən muzeylərə ekskursiyası təşkil olunmuşdur. Ekskursiyanın təşkil olunmasında məqsəd Naxçıvan Muxtar Respublikasında yerləşən ali təhsil müəsissələrinə daxil olmuş əcnəbi tələbələri muxtar respublikanın turzim məkanları, tarixi abidələri və muzeyləri ilə tanış etməkdən ibarətdir. Gənclərin gəzintiləri yazıçı dramaturq Cəlil Məmmədquluzadənin Ev Muzeyindən başlayıb. Muzeyin bələdçisi muzeydə olan eksponatlar haqqında gənclərə geniş məlumat vermişdir. Sonra gənclər Şərur rayon Tarix Diyarşünaslıq Muzeyi, Yengicə kəndindəki Şərq hamamı və Şərur rayonunda yerləşən İdman kompleksi ilə yaxından tanış olmuşlar. Muzey bələdçiləri Azərbaycan elminə, ədəbiyyatına öz töhfələrini vermiş şəxsiyyətlər haqqında geniş məlumat vermişlər. Sonda gənclər üçün çay süfrəsi təşkil olunmuşdur.
Bizimlə əlaqə:
Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi