17 dekabr 2019-cu il tarixində “Naxçıvan” Universitetində təhsil alan əcnəbi tələbələrin “Welcome to Nakhchivan” adı altında Ordubad rayonunda yerləşən muzeylərə ekskursiyası təşkil olunmuşdur. Ekskursiya Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə təşkil olunmuşdur. Ekskursiyanın təşkil olunmasında məqsəd Naxçıvan Muxtar Respublikasında yerləşən ali təhsil müəsissələrinə daxil olmuş əcnəbi tələbələri muxtar respublikanın turizm məkanları, tarixi abidələri və muzeyləri ilə tanış etməkdən, muxtar respublika ilə əcnəbi tələbələrin tanışlığını təmin etməkdən ibarətdir. Gənclərin gəzintiləri Ordubad rayon Tarix Diyarşünaslıq Muzeyindən başlamışdır. Muzeyin bələdçisi muzeydə olan eksponatlar haqqında gənclərə geniş məlumat vermişdir. Sonra gənclər kimyaçı alim Yusif Məmmədəliyevin, pedaqoq, şair-publisist Məmməd Tağı Sidqinin və yazıçı, ədib Məmməd Səid Ordubadinin Ev muzeyləri ilə yaxından tanış olmuşlar. Muzey bələdçiləri Azərbaycan elminə, ədəbiyyatına öz töhfələrini vermiş şəxsiyyətlər haqqında geniş məlumat vermişlər. Həmçinin, gənclər Ordubad rayonun görməli yerləri ilə də tanış olmuşlar. Sonda gənclər üçün çay süfrəsi təşkil olunmuşdur.
Bizimlə əlaqə:
Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi