“Naxçıvan” Universiteti ilə Bakı Alman dili tədris mərkəzi və Höte institutunun birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasında alman dilini tədris edən müəllimlər üçün treyninq təşkil edilib.
Treninqin təşkil edilməsində məqsəd alman dilinin tədrisində yeni metod və yanaşmalar haqqında praktiki məlumat verməkdən ibarətdir. Qeyd edək ki, treninqdə orta məktəbdə,eləcə də “Naxçıvan” Universitetində və Naxçıvan Dövlət Universitetində alman dilini tədris edən 20 -ə yaxın müəllim iştirak edib.
Treninqdə Bakı Alman dili tədris mərkəzinin direktoru Zəhra Alıyeva və Höte institutunun layihə kordinatoru Eike Pockrant və “Naxçıvan” Universitetinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəcəb Cəfərli əməkdaşlarla “Naxçıvan” Universiteti arasında ikili əməkdaşlığın və inkişaf etdirilməsinə dair razılıq əldə etmişlər.
Sonda treyninq iştirakçıları Naxçıvanqalada təşkil edilən Avropa şəhərciyi sərgisində iştirak etmişlər.