“Naxçıvan” Universitetində doktorant və disertantların xarici dil fənnindən doktorluq imtahanları keçirilib.
“Naxçıvan” Universitetində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 2016-cı il tarixli, 232 nömrəli qərarı ilə doktorantura təhsil pilləsinin yaradılmasına icazə verilmişdir. Universitetdə doktorant və disertantlar “Xarici dil” (ingilis və fransız dilləri) fənnindən təşkil olunan imtahanda iştirak edib. Müvafiq qaydada yaradılmış imtahan komissiyası imtahanların gedişini izləmiş və qiymətləndirmişdir.
Qeyd edək ki, artıq iki ildir ki, universitetdə doktoranturaya qəbul aparılır. Universitetdə 23 doktorant və disertant müxtəlif elmi istiqamətlər üzrə təhsil alır.