Tədbiri giriş sözü ilə ali təhsil ocağının rektoru, professor İsmayıl Əliyev açaraq qadınları bu bayram münasibətilə təbrik edib. Qeyd edib ki, Ulu öndər Heydər Əliyev respublikaya rəhbərliyi dövründə milli maraq və mənafelər çərçivəsində qadınlarla bağlı dövlət siyasətini təmin etmiş, Azərbaycan qadınının şərəfli adının daim uca tutulmasına çalışmışdır. Azərbaycan qadınının mərdliyi, dözümlülüyü, səmimiliyi, paklıq və sadəqəti, vəfa və isməti ən ali dəyər kimi həmişə qiymətləndirilib. İctimai gerçəkliyin, əxlaqi problemlərin həllində, ideya mübarizələrində qadınlarımız əzmkarlığı, müasirliyi, biliyi, bacarığı, əqidə saflığı ilə hər zaman ön cərgələrdə durmuşdır. Ulu öndərimiz demişdir: “Azərbaycan xalqı həmişə qadına, onun cəmiyyət həyatında oynadığı rola, tutduğu yüksək mövqeyə böyük hörmətlə yanaşmışdır. Xalqın ən əziz, qiymətli və müqəddəs hesab etdiyi vətən, torpaq, dil anlayışları ana dili ilə bərabər tutulmuşdur. Qadın adına göstərilən dərin ehtiram, sonsuz ana məhəbbəti söz və sənət abidələrimizdə öz parlaq təcəssümünü tapmışdır”.
Vurğulanıb ki, dahi rəhbər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırıb. Bu gün həmin siyasətin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi isə Azərbaycan qadınlarının məsuliyyətini daha da artırır. Naxçıvan Muxtar Respublikası da bu gün ölkəmizdə həyata keçirilən Heydər Əliyev siyasətinin tam ruhuna uyğun olaraq, qadınların dövlət aparatlarında, seçkili və seçkisiz orqanlarda irəliyə çəkilməsi, onların potensialından istifadə olunması, cəmiyyətimizin aparıcı hissəsi olan qadınların imkanlarından yetərincə bəhrələnmək siyasətinə sadiqliyini ortaya qoyur. Onlar “Şöhrət” ordeni, “Tərəqqi” medalı, Prezidentin fərdi təqaüdünə, Prezident mükafatlarına və faxri adlara layiq görülürlər. Onların sənət və peşələrə yiyələnməsi, sosial müdafiəsi, qadınlar arasında işsizliyin aradan qaldırılması istiqamətində ardıcıl işlər görülür.
Daha sonra tədbirin bədii hissəsində universitetin Tələbə Gənclər Təşkilatının hazırladığı müxtəlif musiqi nömrələri və səhnəciklər tədbir iştirakçıklarında yüksək əhval-ruhiyyə bəxş etmişdir.
Sonda çıxış edən universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri Nazim Mahmudov və Tələbə Gənclər Təşkilatının sədri Zakir Məmmədov universitet kollektivində olan bütün qadınları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbirik etmişdir.