“Naxçıvan” Universitetində 2019-ci ilin birinci yarısında yerinə yetirilən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş Elmi Şuranın genişləndirilməsi keçirilib.
Tədbiri giriş sözü ilə ali təhsil ocağının rektoru, professor İsmayıl Əliyev açaraq, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasından irəli gələn vəzifələr və 2019-cu ilin I yarısında görülmüş işlərlə bağlı çıxış edib. Bildirib ki, dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə maddi-texniki bazanın müasirləşdirilərək daha da möhkəmləndirilməsi, tədris prosesinin günün tələbləri səviyyəsində qurulması istiqamətində tədbirlər bu il də davam etdirilib. Diqqətə çatdırılıb ki, universitetin fakültələrinin hər birində təlimin keyfiyyətinin yüksəkdilməsinə, əyaniliyin möhkəmlənməsinə müsbət təsir göstərən texnologiyalardan istifadəyə geniş şərait yaradılıb.
Universitetin beynəlxalq əlaqələrindən danışan rektor vurğulayıb ki, ali təhsil ocağı hal-hazırda ERASMUS+ layihəsi çərçivəsində ERASMUS+AESOP layihəsinin üzvüdür və bu layihələr çərçivəsində bir çox yerli və Avropa universitetləri ilə əməkdaşlıq edir.
Daha sonra 2018-2019-cu tədris ilinin yaz imtahan sesiyasının yekunları barədə universitetin tədris və tərbiyə işləri üzrə prorektoru Hüseyn Bağırsoylunun, 2018-2019-cu ildə tədris ilinin II yarsında pedaqoji təcrübənin yekunu barədə “Ümumi tarix” kafedrasının müdiri Mehman Şabanovun və 2019-2020-ci tədris ili üçün kafedralarda dərs yükünün təxmini bölgüsü barədə Tədris şöbəsinin müdiri Anar Abuzərlinin çıxışları dinlənilib.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamı universitet qarşısında yeni vəzifələr – innovasiya layihələrinin məqsədyönlü axtarışı və reallaşdırılması, elmi nailiyyətlərin və yeni texnologiyaların sahibkarlıq strurkturlarına ötürülməsi, investorlar üçün cəlbedici ola biləcək layihələrin hazırlanması və s. kimi vəzifələr müəyyənləşdirir, irəli sürülən məqsədlər ali məktəblərin innovasiyalı inkişafın aktiv subyektlərinə çevrilməsini tələb edir.
Sonda 2019-cu ilin I yarımilinin yekunlarına həsr olunmuş müzakirələrdə universitet əməkdaşlarının çıxışları dinlənilib və müvafiq qərar qəbul edilib.