08.02.2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş xarici ölkələrdən muxtar respublikada təhsil alan gənclər arasında “Mən Naxçıvan haqqında nə bilirəm” mövzusunda bilik yarışması keçirilmişdir. Yarışda Naxçıvan Dövlət Universitetində və Naxçıvan Universitetində təhsil alan əcnəbi tələbələr iştirak etmişdir.
I yerə “Naxçıvan” Uinversitetinin İqtisadiyyat ixtisası üzrə I kursunda təhsil alan magistrantı MD Khairuzzaman layiq görülmüşdür. Eyni zamanda MD Salah Uddin adlı digər bir tələbəsi də həvəsləndirici yeri tutduğuna görə təltif olunmuşdur.