“Naxçıvan” Universitetində Pedaqogika və psixologiya kafedrasının təşkilatçılığı ilə “Müasir dövrümüzdə şəxsiyyətin formalaşmasının pedaqoji-psixoloji problemləri” mövzusunda konfrans keçirilib. Konfransı giriş sözü ilə universitetin rektoru, professor İsmayıl Əliyev açaraq bildirib ki,şəxsiyyətin formalaşmasına müsbət amillər təsir göstərir.
Göstərilən amillərin təsir nəticəsi də müxtəlifdir. Şəxsiyyətin formalaşması müxtəlif dövrlərdə aktual olmuş və hal-hazrda aktual olaraq qalmaqdadır. Şəxsiyyətin inkişafına təsir göstərən amilləri araşdırmaq üçün onun istiqamətlərini müəyyə etmək lazımdır. Şagirdlərin tərbiyəvi təsir şəraitində psixi fəaliyyətlərinin qanunauyğunluqlarını, şagirdlərin özünü tərbiyəsini,psixoloji əsaslarını aşkara çıxarmaqla tərbiyə psixologiyası şəxsiyyətin formalaşmasına imkan yaradan həmin təsirlərin müxanizmləri də öyrənilir. Şəxsiyyətin təşəkkül və formalaşmasında mühüm əhəmiyyət kəsb edən özünügerçəkləşdirmə sistemi olmamışdır. O da vurğulanmışdır ki, şəxsiyyətin formalaşdırılmasına yönəldilmiş xüsusi fəaliyyət sahəsidir. Şəxsiyyətin formalaşması daxili və xarici amillərin təsiri altında baş verir.
Konfransda Pedaqogika və psixologiya kafedrasının müəllimləri Aytən Məmmədovanın “Çətin uşaqların şəxsiyyət olaraq formalaşması və ona təsir edən amillər”, Təranə Əliyevanın “Psixoloji ədəbiyyatda şəxsiyyət pozuntuları problem”,Aygün Rüstəmovanın “Autizimli uşaqların şəxsiyyət olaraq formlaşmasının psixoloji mahiyyəti”, “pedaqogika nəzəriyyəsi və tarix” ixtisasının I kurs tələbəsi Rübabə Həsənovanın “Müasir dövrümüzdə gənclərin şəxsiyyət kimki formalaşmasında social şəbəkələrin rolu” mövzularında çıxışıları dinlənilmişdir.