Konfransı giriş sözü ilə açan universitetin tədris və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu Azərbaycanda mövcud olan dini tolerantlıq, multikulturalizm ənənələrinin təbliği sahəsində görülən işlərdən, İslam dininin dünyada həmrəyliyin təmin olunmasındakı əhəmiyyətindən, milli-mənəvi dəyərlərin qorunub saxlanılması və təşviqinin zəruriliyindən danışıb, bu baxımdan konfransın xüsusi önəm daşıdığını qeyd edib.
Daha sonra Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayevin “Cəmiyyətin inkişafında islamın rolu” və universitetin “Dinşunaslıq” kafedrasının müəllimi Sabir Xəlilovun “Müasir gəncliyin əxlaqında islamın rolu” mövzusunda çıxışları dinlənilib.
Qeyd edilib ki, qeyri-İslami icmalar olmayan muxtar respublikada da radikal və dini nifrət yayan cərəyanlara, qondarma dini təriqətlərə, zərəli dini ideyalara qarşı mübarizə məqsədilə maarifləndirmə işləri aparılır, bu işə gələcəyin dinşünaslarında cəlb olunması zəruridir.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.