Treninqi giriş sözü ilə açan ali təhsil ocağının Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Rəcəb Cəfərli treninq haqqında məlumat vermişdir. Bildirib ki, treninqin məqsədi keyfiyyətə nəzarət mexanizminin və mərkəzlərinin yaradılması, universitet heyətlərinin şöbə və onun funksiyası haqqında məlumatlanması, onlayn platformanın yaradılması, keyfiyyətə nəzarət sistemlərinin inkişaf etdirilməsidir.
Qeyd edib ki, Bloomun təsbit etdiyi tədrisin 6 mərhələsi son 40 il boyunca tədris prosesində tələbələrin düşünmə bacarıqlarını inkişaf etdirmək üçün istifadə edilməkdədir. Blooma görə tədris prosesinin başlanğıcından bəri səmərəli tədris mühiti təmin edilmişdirsə istənilən məlumatı istənilən şəxsə öyrətmək mümkündür. Bloom yaratdığı tam öyrənmə modelində məktəb və kurs kimi ictimai təhsil verilən müəsisələrdə fərdi fərqliliklərin səbəblərini incələmək və bu cür fərdi fərqliliklərin tələbə məktəb və cəmiyyətin faydasına olacaq şəkildə minimuma endirmək üçün zəruri addımları izah etməkdədir.