30 noyabr 2018-ci il tarixdə “İqtisadiyyat” kafedrasında ETİ-nin növbəti iclası keçirildi. İclasda kafedranın dosenti Əli Xeybər oğlu Cabbarovun “Naxçıvan Muxtar Respublikasının ekoturizm məzmunlu turizm marşrutlarından istifadə yolları” mövzusunda, kafedranın baş müəllimi Mayisə Məmməd qızı Abbasovanın “Naxçıvan MR-də ərzaq resurslarının tarazlı inkişafı və onun təhlükəsizliyi” və kafedranın müəllimi Hikmət Nadir oğlu Həsənovun “Milli iqtisadiyyatda turizmin rolu və onun idarə edilməsi” mövzusunda müzakirələri dinlənildi. Kafedra müdiri dosent Dilsuz Qasım oğlu Qasımov iclasda qeyd etdi ki, tədqiqatçıların elmi-tədqiqat işlərinin hər birində aktual bir sahə araşdırılıb tədqiq olunmuşdur. Kafedra əməkdaşları tədqiqatçıların hazırladığı elmi-tədqiqat işlərinin müzakirəsində verdikləri suallar əsasında müasir dövrün iqtisadiyyatına uyğun elmi araşdırmaları qənaətbəxş hesab etdilər.