19 oktyabr 2018-ci il tarixdə “İqtisadiyyat” kafedrasında ETİ-nin iclası keçirildi. İclasda kafedranın müdiri dosent Dilsuz Qasım oğlu Qasımovun “İstehsal vasitələri bazarının təşkili, idarə edilməsi istiqamətləri” mövzusunda və kafedranın müəllimi dosent Ceyhun İlham oğlu Mahmudovun “Naxçıvan MR-də sahibkarlıq fəaliyyətinin inkişafının tənzimlənməsi istiqamətləri və istifadə mexanizmləri” mövzusunda müzakirələri dinlənildi.
Müzakirədə kafedra müdiri dos.D.Q.Qasımov çıxış edərək qeyd etdi ki, kafedrada 2016/2020-ci illərdə keçiriləcək Elmi Tədqiqat İşləri “Xalq təsərrüfatının iqtisadiyyatı və idarə edilməsi” istiqaməti üzrə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişaf problemlərinə uyğun müəyyən edilmişdir. İclasda qeyd olundu ki, Elmi Tədqiqat İşləri tələbata uyğun hazırlanmış, mövzulara uyğun müəyyən nəticəyə gəlinmiş və təkliflər irəli sürülmüşdür. Tədqiqatçılar elmi tədqiqat işlərinin aktuallığından və əldə olunan elmi yeniliklərdən danışaraq verilən sualları cavablandırmışlar.