19 oktyabr 2018-ci il tarixdə “İdarəetmə” kafedrasında ETİ-nin iclası keçirildi. İclasda kafedranın müdiri dosent İradə Vətən qızı Bağırovanın “Naxçıvan MR-da sahibkarlığın inkişafına təsir edən amillərin təsnifləşdirilməsi və təhlili” mövzusunda və kafedranın müəllimi İsmayıl Bağır oğlu Bağırovun “Vergi inzibatçılığının təkmilləşdirilməsinin sahibkarlıq fəaliyyətinə təsiri” mövzusunda müzakirələri dinlənildi. İclasda qeyd olundu ki, Elmi- tədqiqat İşləri tələbata uyğun hazırlanmış, mövzulara uyğun müəyyən nəticəyə gəlinmiş və təkliflər irəli sürülmüşdür. Tədqiqatçılar elmi- tədqiqat işlərinin aktuallığından və əldə olunan elmi yeniliklərdən danışaraq verilən sualları cavablandırmışlar. Elmi -tədqiqat işlərinə müsbət rəylər verilmişdir.