22 Noyabr 2018-ci il tarixdə “Naxçıvan” Universitetində Azərbaycan dili və ədəbiyyat kafedrasının təşkilatçılığı ilə “Azərbaycan dilinin aktual problemləri: köhnəlmiş sözlər və dialektizm” mövzusunda konfrans keçirilib. Konfransı giriş sözü ilə Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri Nüşabə Məmmədova açaraq konfransın məqsəd və mahiyyətindən söhbət açıb. Sonra həmin kafedranın müəllimləri professor Sədaqət Həsənovanın “Ədəbi dil və köhnəlmiş söz münasibətləri”, dosent Qənirə Əsgərovanın “Müasir dilimiz üçün qrammatik arxaizmlər” və dosent Arifə Zeynalovanın “M.Ə.Sabirin dilində köhnəlmiş sözlərin leksik-semantik xüsusiyyətləri” mözularında çıxışları dinlənilib.Çıxışlarda bildirilib ki, hər birimiz milli sərvətimiz olan ana dilimizin daim keşiyində durmalı, onun qorunması sahəsində hər bir vətəndaş öz imkanları çərçivəsində əlindən gələni etməlidir.
O da diqqətə çatdırılmışdır ki, təəssüf ki, bəzi hallarda elmi konfranslarda, mədəni-kütləvi tədbirlərdə, kütləvi informasiya vasitələrində, eləcə də elmi məqalələrdə Azərbaycan dilinin üslub və qrammatik qaydalarına riayət olunmur.
Sonda tədbir iştirakçıları mövzu ilə bağlı slayda baxıblar.