“Naxçıvan” Universitetinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Şahmatçılar klubu”nun üzvləri arasında şahmat yarışı keçirilib. Yarış başlamazdan əvvəl təşkilatın sədri Sənan Əhmədov çıxış edərək muxtar respublikamızda gənclərə göstərilən hərtərfli qayğıdan danışmış, iştirakçılara uğurlar arzulamışdır.
Sonra yarışa start verilmişdir.
Məlumat üçün qeyd edək ki, gərgin mübarizə şəraitində keçən yarışın nəticələrinə əsasən İqtisadiyyat fakültəsinin tələbəsi Süleyman Məmmədov I yerə layiq görülmüş, Maliyyə II kurs ixtisasının tələbəsi II yerə, Mühasibat uçotu və audit ixtisasının I kurs tələbəsi Həsənli Məhəmməd III yerə sahib olmuşdur.