Bu günlərdə “Naxçıvan” Universitetininin əməkdaşları tədris və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəsləfə doktoru Hüseyn Bağırsoylu və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəcəb Cəfərli Türkiyə Respublikasının İstanbul şəhərində təşkil edilən təhsil sərgisində iştirak edib.
Məlumat üçün qeyd edək ki, Türkiyənin Akare təhsil sərgiləri firmasının təşkilatçılığı ilə keçirilən sərgiyə dünyanın 32 ölkəsindən olan 86-a yaxın universitetlər və təhsil agentlikləri qatılıb.
Sərgidə iştirak edənlər universitetin tanıtımı üçün hazırlanmış videoçarxa baxmış və universitet haqqında geniş məlumat əldə etmişlər. Bundan başqa, universitetin kataloq və braşurları da sərgi iştirakçılarına paylanılıb. Onu da bildirək ki, sərgidə həmçinin müxtəlif təhsil agentlikləri ilə görüş keçirilmiş universitetə tələbə cəlbi və bu istiqamətdə agentliklərlə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılmışdır.