“Naxçıvan” Univeristetinin Xarici dillər fakültəsinin birinci kurs 1+4 sistemi ilə təhsil alan tələbələri “Əshabi-Kəhf” ziyarətgahında olmuşlar. Universitetin dil kordinatoru Elmira Hüseynova tələbələrə ziyarətgah barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, xalqımızın ümummilli lideri Heydər Əliyev hələ Sovet hakimiyyəti illərində xalqımızın dininə, inanclarına hörmət bəsləmiş və müqəddəs yerlərə qayğı göstərmişdir. Bu qayğı, müstəqillik dövrümüzdə də davam etmişdir. Ulu öndərin 1998-ci ildə “Əshabi-Kəhf”in abadlaşdırılması və bərpa edilməsi barədə göstəriş verməsi, xalqımızın dininə və tarixinə göstərilən qayğının bariz nümunəsidir.
Ziyarətgahda tələbələri maraqlandıran suallar ətraflı cavablandırılmışdır.