“Naxçıvan” Univeristetinin Pedaqoji fakültəsinin Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının II kurs tələbələri Hüseyn Cavidin anadan olması münasibətilə Hüseyn Cavidin ev muzeyində olublar. Qeyd edək ki, muzey ekskursiyası Pedaqoji fakültənin dekanı, filalogiya üzrə fəlsəfə doktoru Nurlana Əliyeva və həmin fakültənin kafedra müdiri Nüşabə Məmmədovanın təşkilatçılığı ilə baş tutmuşdur.
Muzeyin əməkdaşı tələbələrə Hüseyn Cavidin həyat və yaradıcılığı ilə bağlı ətraflı məlumat vermişdir.
Bildirilmişdir ki, 1982-ci ildə ulu öndər Heydər Əliyevin böyük səyləri hesabına dahi Cavidin cənazəsi uzaq Sibirdən Azərbaycana gətirildi. Bu iş asan deyildi və böyük iradə , cəsarət tələb edirdi. Ancaq ulu öndərin xalqımıza, millətimizə, tariximizə, mədəniyyətimizə, ədəbiyyatımıza, mənəviyyatımıza olan sədaqəti ona belə bir cəsarət göstərməyə imkan verdi. Ümummilli liderimiz Moskvadan Bakıya, iki gün sonra isə Naxçıvana qayıtdı. Moskvadan Naxçıvana qayıdış o dövrün bəzi qəzetlərində yazılığı kimi əyalət mərkəzinə yox, Vətənə qayıdış idi. Heydər Əliyev Naxçıvanda yaşayıb işləyərkən siyasi, sosial-iqtisadi və mədəni həyatımızın bütün istiqamətlərində o cümlədən Hüseyn Cavidin xatirəsinin əziz tutulması sahəsində təxirəsalınmaz tədbirlər həyata keçirdi. Bunun ən parlaq təzahürlərindən biri də o idi ki, ulu öndərin təşəbbüsü ilə 1992-ci ildə Hüseyn Cavidin anadan olmasının 110 illik yubileyi qədim Naxçıvan torpağında qeyd edildi. Bu gün də bu diqqət və qayğı dövlət başçısı İlham Əliyev və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tərəfindən davam etdirilir.