“Naxçıvan” Universitetinin əməkdaşları Erasmus+ layihəsinin növbəti iclasında iştirak edib

   İspaniyanın Alicante şəhərində, eyniadlı universitetdə təşkil olunmuş “Azərbaycan Universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yardılması və inkişaf etdirilməsi” adlı Erasmus+ layihəsinin növbəti iclasında “Naxçıvan” Universiteti Beynəlxalq Əlaqələr şöbəsinin müdiri, layihə meneceri Rəcəb Cəfərli bildirmişdir ki, Universitetlərdə Keyfiyyətə nəzarət Mərkəzlərinin yaradılması ali təhsilin inkişafına ciddi təsir edəcək.

     Qeyd edək ki, 02-08 iyun tarixləri arasında keçirilən təlimlərdə İngiltərənin Middlesex, İsveçin Kral Texnologiya, İspaniyanın Alicante, Litvanın SMİC tətbiqi Elmlər Universitetlərinin ekspertləri və Azərbaycanın 11 ali təhsil müəssisələrindən nümayəndələr iştirak edir. Treninqdə “Naxçıvan” Universitetinin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri, layihə meneceri Rəcəb Cəfərli, Tədris şöbəsinin müdiri Anar Abuzərli, Mühasibatlıq şöbəsinin müdiri Xəyal Heydərov, Xarici dillər kafedrasının müdiri Anara Nəsirli və həmin kafedranın baş müəllimi Könül Babayeva təmsil edir.