15 noyabr 2018-ci il tarixdə “Naxçıvan” Universitetinin Pedaqoji fakültəsinin Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə I kurs tələbələrinin iştirakı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Oxunması zəruri olan kitablar”ın müzakirəsi keçirilmişdir. Müzakirədə “Naxçıvan” Universitetinin rektoru, professor İ.İ.Əliyev, Pedaqoji fakültənin dekanı filologiya üzrə fəlsəfə doktoru N.S.Əliyeva, Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri dosent N.M.Məmmədova iştirak etmişdir. 31 Oxunması zəruri olan kitablardan əksəriyyəti tələbələr tərəfindən təhlil edilmişdir.
Tələbələrdən Ağayev Hüseyn “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti”ni, Əsədova Sunay Elçinin “Baş” romanını, Nağıyeva Gülan “Kitabi-Dədə-Qorqud” dastanını, Bağırova Jalə “Azərbaycan Xalq ədəbiyyatında atalar sözləri”ni, Cəbiyev İslam Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poemasını və s. təhlil etdilər.
Mövzulara aid tələbələrlə sual-cavab aparıldı. Bu təhlil qənaətbəxş hesab olundu.