Nağıyeva Nigar Kərim qızı 1994-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1999-cu ildə Naxçıvan şəhəri 15 nömrəli tam orta məktəbə daxil olmuş və 2010-cu ildə həmin məktəbi bitirmişdir. 2010-2014-cü illərdə NDU-da “Riyaziyyat və informatika müəllimliyi” ixtisası üzrə ali təhsil almış və ali məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. 2014-2016-cı illərdə NDU-nun Magistratura pilləsinin “İnformatika” ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. 2016-cı ildən “Naxçıvan” Universitetində çalışır. Hal hazırda “Naxçıvan” Universiteti İqtisadiyyat fakültəsində fakültə katibi vəzifəsində çalışır. Ailəlidir və 1 övladı var.
Elmi məqalələr siyahısı:
- Naxçıvan Dövlət Universiteti “Magistrantların VII Regional Elmi Konfransı” 2016 - №7 . Pascalabc.net dilində şablonlar. Səh 198.
- “Naxçıvan” Universiteti Elmi əsərlər jurnalı 2017- №1(4) . Komputer şəbəkələri və quraşdırılmasında istifadə olunan texnologiyalar. Səh 343.
- “Naxçıvan” Universiteti Elmi əsərlər jurnalı 2017- №4(7). İnformasiya təhlükəsizliyi. Səh 320.
- Naxçıvan Müəllimlər İnstitutu “Heydər Əliyev- 95” 2018. Sosial şəbəkələrin günümüzdəki müsbət və mənfi cəhətləri. Səh 79.
- “Naxçıvan” Universiteti Elmi əsərlər jurnalı 2018- №2(9) . Azərbaycanda Distant təhsilin səmərəli tətbiqi vasitələri.