Nigar Nağıyeva

Nağıyeva Nigar  Kərim  qızı  1994-cü  ildə  Naxçıvan  şəhərində   anadan olmuşdur. 1999-cu  ildə    Naxçıvan  şəhəri  15  nömrəli  tam  orta  məktəbə  daxil olmuş  və  2010-cu  ildə  həmin  məktəbi  bitirmişdir.  2010-2014-cü illərdə    NDU-da   “Riyaziyyat  və  informatika  müəllimliyi” ixtisası  üzrə  ali  təhsil almış  və  ali  məktəbi  fərqlənmə  diplomu ilə  bitirmişdir. 2014-2016-cı  illərdə  NDU-nun  Magistratura  pilləsinin   “İnformatika”  ixtisasını   fərqlənmə  diplomu ilə  bitirmişdir. 2016-cı  ildən  “Naxçıvan”  Universitetində  çalışır.  Hal  hazırda  “Naxçıvan”  Universiteti  İqtisadiyyat  fakültəsində  fakültə  katibi  vəzifəsində  çalışır. Ailəlidir və 1 övladı  var.

Elmi  məqalələr   siyahısı:

  1. Naxçıvan  Dövlət  Universiteti   “Magistrantların   VII  Regional  Elmi  Konfransı”  2016 -  №7 .   Pascalabc.net  dilində  şablonlar.  Səh 198.
  2. “Naxçıvan”  Universiteti  Elmi  əsərlər  jurnalı  2017- №1(4) .  Komputer  şəbəkələri  və  quraşdırılmasında  istifadə  olunan  texnologiyalar. Səh  343.
  3. “Naxçıvan”  Universiteti  Elmi  əsərlər  jurnalı  2017- №4(7).  İnformasiya  təhlükəsizliyi.  Səh  320.
  4. Naxçıvan  Müəllimlər  İnstitutu   “Heydər  Əliyev- 95”   2018.  Sosial  şəbəkələrin  günümüzdəki  müsbət  və  mənfi  cəhətləri.  Səh 79.
  5. “Naxçıvan”  Universiteti  Elmi  əsərlər  jurnalı   2018- №2(9) .  Azərbaycanda  Distant  təhsilin  səmərəli  tətbiqi  vasitələri.