Fevral ayının 21-də “Naxçıvan” Universitetinin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Rəcəb Cəfərli İstanbul Sabahattin Zaim Universitetinin prorektoru prof. Nasuh Uslu tərəfindən universitetə dəvət olunmuşdur. Baş tutan görüşdə iki universitet arasında əməkdaşlıq prespektivləri müzakirə edilmiş və ilkin mərhələdə Erasmus+ proqramı çərçivəsində “İlahiyyat” ixtisasında tələbə və müəllim heyəti mobilliyinin təşkili üçün əməkdaşlıq müqaviləsi bağlamağı qərarlaşdırmışdır. “Naxçıvan” Universiteti ilə İstanbul Sabahattin Zaim Universiteti həmçinin “Beynəlxalq münasibətlər” və “İqtisadiyyat” ixtisaslarında ikili əməkdaşlıqlar çərçivəsində fəaliyyətlər həyata keçirəcəkdir.
Bizimlə əlaqə:
Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi