"Naxçıvan" Universitetinin əməkdaşları İspaniyanın Valladolid Universiteti və İsveçin Uppsala Universiteti tərəfindən birgə təşkil olunan vebinarda iştirak ediblər.
Ali təhsil ocağını vebinarda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, "Naxçıvan" Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu, universitetin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəcəb Cəfərli, İqtisadiyyat fakültəsinin dekanı Zakir Məmmədli, İdarəetmə fakültəsinin dekanı Naim Cahidzadə, Xarici dillər fakültəsinin dekanı Yasin Babazadə, Mühasibatlıq şöbəsinin müdiri Xəyal Heydərov və universitetin əməkdaşları Sənan Əhmədov, Anara Nəsirli, Xəfayət Əliyeva təmsil edib.
Vebinarın keçirilməsində məqsəd universitet və sənaye işbirliyinin gücləndirilməsi, bu sahədə yeni yolların araşdırılması olub. Vebinarda Latın Amerikasından olan universitetlər sənaye əməkdaşlıq tətbiqindən əldə etdikləri təcrübələrini vebinar iştirakçıları ilə bölüşüb. Həmçinin Covid-19 pandemiyası dövründə universitetlərlə sənaye təşkilatları arasında əlaqələrin inkişafı, tələbə məmnuniyyətinin artırılması məsələləri müzakirə olunub.
Sonda vebinar iştirakçılarına İsveçin Uppsala Universitetinin sertifikatları təqdim olunub.