Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində sosial könüllülər və Sosial iş ixtisası üzrə təhsil alan tələbələrlə onlayn görüş təşkil olunub.
Görüş zamanı koronavirus (COVID-19) pandemiyası dövründəki fəaliyyət çərçivəsində görülən tədbirlərdə (xüsusən yaşı 65-dən yuxarı olan və hazırda tənha yaşayan ahıllara sosial xidmətlərin göstərilməsi) ötən günlər ərzində fəallığı ilə seçilən könüllülər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Gənclər Fondu tərəfindən mükafatlandırılıblar.
"Naxçıvan" Universitetinin Xarici dillər fakültəsinin tələbəsi Alsu Məmmədli "Qəhrəman könüllü" nominasiyası ilə təltif olunub.