“Naxçıvan” Universitetinin tələbələri “Nəsimi” həftəsi çərçivəsində Xanəgah Abidə kompleksində olublar.
Tələbələrə kompleks haqqında ətraflı məlumat verilib. Bildirilib ki, memarlıq-konstruktiv quruluşuna görə abidə XII-XIII əsrə aid edilir. Türbənin içərisindəki qəbir haqqında da məlumat verilərək bildirilib ki, hürufilik təliminin banisi Fəzullah Nəimi 1394-cü ildə Əlincədə faciəli surətdə qətlə yetirildikdən sonra müridləri onun cənazəsini gətirib burada dəfn etmişlər. Türbənin cənubunda ona bitişik inşa edilmiş türbə-məscid Xanəgahda fəaliyyət göstərən sufi təriqətinin rəhbərlərindən olan Şeyx Hacı Lələ Məliyin xatirəsinə 1495-96 ildə Xond Bikə xatın tərəfindən inşa edilmişdir.