"Naxçıvan" Universitetinin beynəlxalq əlaqələri təhsilin keyfiyyətinin yüksəldilməsinə, onun strukturunun, idarəetmə metodlarının, müəllimlərin pedaqoji ustalığının, tədris proqramlarının məzmununun, texniki təchizatının, təhsil prosesinin beynəlxalq standartlara uyğun şəkildə qurulmasına və inkişafına yönəlmişdir.
11 fevral 2021-ci il tarixində Avrasiya Universitetlər Birliyinin "2021-EURAS üzvləri ilə görüş" adlı konfransı keçirilib. Konfransda "Naxçıvan" Universitetinin rektoru, dosent Nurlana Əliyeva və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəcəb Cəfərli iştirak edib.
Konfransı giriş sözü ilə Avrasiya Universitetlər Birliyininin direktoru Mustafa Aydın açaraq konfrans iştirakçılarına görülən işlər və 2021-ci ildə qarşıya qoyulan hədəflərlə bağlı məlumat verib.
Konfransda 2021-ci ildə partnyor universitetlər tərəfindən keçiriləcək vebinarlar, tələbələr üçün yeni platformanın hazırlanması və 3 indeksli jurnallarda dərci ilə bağlı məsələr müzakirə olunub.