Bu gün "Naxçıvan" Universitetinin Elmi Şurasının gündəlikdə duran məsələlərlə bağlı növbəti onlayn iclası keçirilib. İclası giriş sözü ilə ali təhsil ocağının rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva açaraq 2019-2020-ci tədris ilinin yekunları barədə məlumat verib.
Daha sonra universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylunun "2020-2021-ci tədris ilinin yekunları və kafedralarda dərs yüklərinin təxmini bölgüsü" və universitetin elmi katibi Əli Həşimlinin "Universitetin 2020-2021-ci tədris ili üçün iş planlarının müzakirəsi və təsdiqi barədə" məruzələri dinlənilib.
Sonda cari məsələlər müzakirə edilib.