04 sentyabr 2020-ci il tarixdə "Naxçıvan" Universitetinin Azərbaycan dili və ədəbiyyat kafedrasının növbəti iclası keçirilib.
İclası giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, "Naxçıvan" Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu açaraq yeni dərs ilinin başlanması münasibəti ilə kafedranın müəllimlərini təbrik edib və qarşıda duran məsələlər ilə bağlı müvfiq tapşırıqlar verib.
İclasda Pedoqoji fakültənin dekan müavini Nazim Mahmudov, Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri dosent Nüşabə Məmmədova və kafedranın müəllimləri iştirak edib.
İclasda aşağıdakı məsələlər müzakirə olunub:
1.Mühazirə mətnlərinin elektron bazada yerləşdirilməsi;
2.Müəllimlərin qruplarla onlayn görüşlər keçirməsi;
3.Sərbəst işlər, fənn sillabusları, təqvim-tematik planlarının sentyabr ayının 15-dək təhvil verilməsi;
4.Fənn proqramlarına baxılması;
5.Magistr dissertasiya işlərinin müzakirəsi;
6.Fərdi planların doldurulması.