Hər zaman təhsil səviyyəsinə və yeniliklərinə görə fərqlənən "Naxçıvan" Universiteti tələbələrdə və universitet əməkdaşlarının xarici dil bacarıqlarının artırılması, mükəmməlləşdirilməsi məqsədilə yeni layihəyə start verib.
Universitetin Xarici dillər fakültəsinin təşkilatçılığı ilə universitetdə hər həftənin şənbə günü ingilis dilində diskussiyaların keçirilməsinə başlanılıb. Xarici dillər fakültəsinin dekanı Yasin Babazadənin rəhbərliyi ilə bu gün keçirilən ilk diskussiyada "İngiliscə danışıq zamanı ortaya çıxan problemlər və onların həlli" mövzusu müzakirə olunub.
Qeyd edək ki, diskusiyada universitetin bütün fakültələrindən tələbələr iştirak edib.