"Naxçıvan" Universitetində altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasından irəli gələn vəzifələr, 2020-ci ilin I yarımilinin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub.
İclası giriş sözü ilə ali təhsil ocağının rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva açaraq altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasından irəli gələn vəzifələr və 2020-ci ilin I yarısında görülmüş işlərlə bağlı çıxış edib. Bildirib ki, dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə maddi-texniki bazanın müasirləşdirilərək daha da möhkəmləndirilməsi, tədris prosesinin günün tələbləri səviyyəsində qurulması istiqamətində tədbirlər bu il də davam etdirilib. Diqqətə çatdırılıb ki, universitetin fakültələrinin hər birində təlimin keyfiyyətinin yüksəkdilməsinə, əyaniliyin möhkəmlənməsinə müsbət təsir göstərən texnologiyalardan istifadəyə geniş şərait yaradılıb.
Bildirilib ki, 2019-2020-ci tədris ilində "Naxçıvan" Universitetində 4 fakültə, 10 kafedra, 6 şöbə, 4 mərkəz fəaliyyət göstərmişdir. Bu il "Naxçıvan" Universitetində bakalavriat səviyyədə 16 ixtisas üzrə 1170 tələbə, 7 ixtisas üzrə 17 magistr təhsil almışdır. Universitetdə tədris prosesinin müasir tələblər səviyyəsində təşkili müvafiq qanunvericiliyə uyğun qurulmuşdur.
2020-ci ilin birinci yarımilində dünyada baş vermiş məlum pandemiya ilə əlaqədar olaraq "Naxçıvan" Universitetində də dərslər dayandırılmış, bütün ixtisaslar üzrə mühazirə mətnlərinin elektron bazaya yerləşdirilməsi yolu ilə tədris bərpa olunmuş, "Zoom"proqramı vasitəsilə tələbələrə onlayn dərslər keçirilmişdir. 2019-2020-ci tədris ilində "Naxçıvan" Universitetində 15 onlayn elmi praktik konfrans, 5 kitab müzakirəsi, 1 diskussiya keçirilib.
Tədris ilində "Naxçıvan" Universiteti beynəlxalq əlaqələrin inkişaf etdirilməsi üçün bir sıra fəaliyyətlər həyata keçirmişdir. İkili əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi üçün Qomel Dövlət Universiteti(Belarusiya), Əhməd Yəsəvi və İpək yolu Beynəlxalq Universitetləri(Qazaxıstan) və Türkiyənin Sabahattin Zaim Universiteti ilə memorandumlar imzalanmışdır.
Daha sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, "Naxçıvan" Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylunun "2020-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları" mövzusunda və universitetin Elmi katibi, dosent Əli Həşimlinin çıxışları dinlənilib.