16 nəfərlik komandada "Tarix günümüzdə olsaydı" mövzusundə nümayiş etdirilən 5 hissəli səhnəcikdə klubun üzvləri auditoriyada gülüş yarada bilmişlər.
Səhnəcikdən sonra Tələbə Gənclər Təşkilatının sədri Sənan Əhmədov klubun fəaliyyəti ilə bağlı fikirlərini diqqətə çatdırmışdır. Daha sonra universitetin tədris və tərbiyyə işləri üzrə prorektoru Hüseyn Bağırsoylu və Ümumi tarix kafedrasının müəllimi Əli Yusifov tədbirlə bağlı öz dəyərli fikirlərini səsləndirmiş, təşkilatın fəaliyyətini təqdirə layiq olduğunu bildirmiş və uğurlar arzulamışlar.
Sonda isə tələbələri maraqlandıran suallar Tələbə Gənclər Təşkilatının əməkdaşları tərəfindən cavablandırılmışdır.