İclasda "Riyaziyyat və informatika" kafedrasının müdiri Səfa Əliyev və kafedranın əməkdaşları iştirak ediblər. İclası giriş sözü ilə açan kafedranın müdiri Səfa Əliyev gündəlikdə duran məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb.
İclasda aşağıdakı məsələlər müzakirə edilib:
1. Fənn sillabuslarının, təqvim-tematik planlarının tərtibi və təsdiq edilməsi.
2. TEC işlərinin vəziyyəti.
3. İKT dərslərinin müəyyənləşdirilməsi.
4. Fənn proqramlarına baxılması.
Daha sonra iclasda müəllimlərin gördükləri işlərlə bağlı hesabatları dinlənilib və təkliflər verilib.