"Naxçıvan" Universitetinin Elmi Şurasının növbəti onlayn iclası keçirilib

  Bu gün "Naxçıvan" Universitetinin Elmi Şurasının gündəlikdə duran məsələlərlə bağlı növbəti onlayn iclası keçirilib. İclası giriş sözü ilə ali təhsil ocağının rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva açaraq 2019-2020-ci tədris ilinin yekunları barədə məlumat verib. 

Daha sonra universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylunun "2020-2021-ci tədris ilinin yekunları və kafedralarda dərs yüklərinin təxmini bölgüsü" və universitetin elmi katibi Əli Həşimlinin "Universitetin 2020-2021-ci tədris ili üçün iş planlarının müzakirəsi və təsdiqi barədə" məruzələri dinlənilib.

Sonda cari məsələlər müzakirə edilib.