"Naxçıvan" Universitetinin Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasında təhsil alan tələbələr ilə onlayn görüş keçirilib

 "Naxçıvan" Universitetinin "Azərbaycan dili və ədəbiyyat" kafedrasının təşkilatçılığı ilə universitetin Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasında təhsil alan ıv kurs tələbələri ilə onlayn görüş keçirilib.

 Görüşdə AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktor müavini, Əməkdar elm xadimi, filologiya üzrə elmlər doktoru, professor Hüseyn Həşimli, "Naxçıvan" Universitetinin Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri dosent Nüşabə Məmmədova, "Naxçıvan" Universitetinin Elmi katibi Əli Həşimli və "Azərbaycan dili və ədəbiyyat" kafedrasının müəllimləri iştirak edib.

Görüşü giriş sözü ilə "Naxçıvan" Universitetinin Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri dosent Nüşabə Məmmədova açaraq bildirib ki, mövcud vəziyyətlə əlaqədar olaraq "Naxçıvan" Universitetinin "Azərbaycan dili və ədəbiyyat" kafedrasında da tədrisin təşkili günün tələblərinə uyğun olaraq ən yüksək səviyyədə aparılır.

Daha sonra AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktor müavini, Əməkdar elm xadimi, filologiya üzrə elmlər doktoru, professor Hüseyn Həşimlinin "XX əsrin əvvəllərində Azərbaycanda ədəbi tənqidin əsas inkişaf xüsusiyyətləri" mövzusunda mühazirəsi dinlənilib. Professor Hüseyn Həşimlinin mühazirəsi tələbələrin xüsusi marağına səbəb olub.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.