"Naxçıvan" Universitetinin əməkdaşları beynəlxalq konfransda iştirak ediblər

  "Naxçıvan" Universitetinin əməkdaşları Azərbaycan Dövlət İqtisad Universiteti və Xəzər Universitetinin birgə təşkilatçılığı ilə keçirilən "Müasir elmlər üzrə 4-cü Beynəlxalq Asiya konfransı" mövzusunda onlayn keçirilən beynəlxalq konfransda iştirak ediblər.

26-28 iyun tarixlərində keçirilən onlayn beynəlxalq konfransda "Naxçıvan" Universitetini Riyaziyyat və informatika kafedrasının müdiri Səfa Əliyev və kafedranın əməkdaşları Nazim Mahmudov, Nazlı Əjdərova və Səbinə Mahmudova təmsil ediblər. Onlar sertifikata layiq görülüblər