Natəvan Şeyxova

Natəvan Eldəniz qızı Şeyxova 1984-cü ildə Naxçıvan şəhərində anadan    olmuşdur.
1991-1996-cI illərdə Naxçıvan şəhər  12 №-li orta məktəbdə, 1996-2001-cı illərdə də Ordubad qızlar  liseyində orta təhsil almışdır.
2001-ci ildə Türkiyə Respublikasının Ege Universitetinin fən fakultəsinin riyaziyyat ixtisasına daxil olmuş, 2006-ci ildə oranı bitirmişdir.
2006-2010-cu illərdə Çağ Öyrətim şirkətinin Naxçıvan şəhərindəki  Araz hazırlıq kursunda riyaziyyat müəllimi işləmişdir. 2010-2012-ci  illərdə Naxçıvan Dövlət Universitetinin   riyaziyyat ixtisası riyazi analiz bölməsi üzrə magistatura təhsili  almışdır.
2010-cu ildən  “Naxçıvan”   Universitetində riyaziyyat ixtisası üzrə  müəllim işləyir. 15 may 2018-ci ildən  Riyaziyyat- informatika kafedrasının müdiri vəzifəsində işləyir.
 

 
 e-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.