Maliyyə Nazirliyinin əməkdaşları“Naxçıvan” Universitetinin tələbələri ilə görüş keçirib

Görüş zamanı İdarəetmə  fakültəsinin dekanı Naim Cahidzadə qeyd edib ki, tədbir Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” imzaladığı Sərəncama müvafiq olaraq həyata keçirilir. Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi bilikli və təcrübəli gənc kadrların hazırlanmasına böyük imkanlar yaradacaqdır.Sonra “Büdcə təşkilatlarında xəzinə əməliyyatlarının aparılması qaydaları” mövzusu ilə bağlı Maliyyə Nazirliyinin əməkdaşı Ülvi Cəfərovun məruzəsi dinlənilib. Məruzə zamanı xəzinədarlıq haqqında ümumi məlumat verilərək ilkin xəzinə sənədlərinin yoxlanılması qaydaları və xərc əməliyyatlarının aparılması mərhələləri tələbələrə ətraflı şəkildə izah olunub.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.