“Naxçıvan” Universitetinin İqtisadiyyat fakültəsində həmin fəkültənin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə İqtisadiyyat və Pedoqoji fakültələri arasında debat yarışı keçirilmişdir. Yarış başlamazdan əvvəl İqtisadiyyat fakültəsinin dekanı Mehriban İmanova çıxış edərək bu cür yarışların keçirilməsinin əhəmiyyətini vurğulamışdır. Debatda Texnologiyanın insan həyatında rolu mövzusunda tələbələrin fikirləri dinlənilmiş və müzakirələr aparılmışdır.
Yarışın sonunda hakimlərin qiymətləndirməsinə görə Pedoqoji fakültənin Azərbaycan dili və Ədəbiyyat ixtisasının 2 ci kurs tələbəsi Firuzə Həsənova 180 balla 1 ci yerə layiq görülmüşdür.
İqtisadiyyat fakültəsinin İqtisadiyyat ixtisasının II kurs tələbəsi Firudin Abbasov 175 balla 2 ci olmuş, Pedoqoji fakültənin Coğrafiya ixtisasının III kurs tələbəsi Gülsüm Qasımova 160 balla 3 cü yerin sahibi olmuşdur. Yekunda İqtisadiyyat fakültəsinin Tələbə Gənclər Təşkilatının sədri Məhərrəm Həsənov tələbələrin intellektual səviyyəsinin daha da yüksəldilməsi üçün belə debatların tez-tez təşkil olunması zəruriliyini bildirmiş, tələbələrin bundan sonrakı fəaliyyətlərində uğurlar arzulamışdır.