Hikmət Nadir oğlu Həsənov 1971-ci ildə Naxçıvan şəhərində anadan olubdur. 1978-1988-ci illərdə Naxçıvan şəhəri 3 N-li orta məktəbdə orta təhsil alıbdır. 1990-cı ildə Voronej Dövlət Universitetinin “İqtisadiyyat” fakultəsinə qəbul olunubdur. 1992-ci ildə Naxçıvan Dövlət Universitetinin “İqtisadiyyat” fakultəsinə köçürülübdür. 1996-cı ildə Naxçıvan Dövlət Universitetini bitiribdir. 1993-2004-cü illərdə Azərbaycan Respublikası Mərkəzi Bankı Naxçıvan MR İdarəsində “Mühasibat uçotu və hesabat” şöbəsində mühasib, arxiv müdiri,“Pul-kredit siyasəti” şöbəsində iqtisadçı, aparıcı iqtisadçı, “Bank fəaliyyətinin təhlili və təftiş” şöbəsində müfəttiş, baş müfəttiş, “Kredit təşkilatlarına nəzarət” şöbəsində aparıcı mütəxəssis vəzifələrində işləyibdir. 2004-2005-ci illərdə Beynəlxalq Miqrasiya təşkilatının Naxçıvan ofisində kredit rəhbəri vəzifəsində işləyibdir. 2006-2008-ci illərdə Naxçıvan şəhər Rabitə İdarəsində CDMA simsiz rabitə şöbəsinin rəisi vəzifəsində işləyibdir. 2010-2016-cı illərdə Naxçıvan MR Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin “Texniki tənzimləmə və standartlaşdırma” şöbəsində aparıcı mütəxəssis,baş mütəxəssis və sektor müdiri vəzifələrində işləyibdir. 2014-cü ildən Naxçıvan Universitetinin “İqtisadiyyat” kafedrasının müəllimidir. “Bank və filialların idarəedilməsi”, “İSO 9001-2008-Keyfiyyət İdarəetmə sistemləri”, “İSO 50001-2008-Enerji İdarəetmə sistemləri” üzrə kurslarda iştirak edib sertifikatlar alıbdır.
Bizimlə əlaqə:
Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi